Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri karantinə götürülüb

  • By admin
  • 14 Sentyabr 2020 15:35

Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Keyr Starmer karantindədir.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi məlumat verib.

“Bu gün səhər Keyr Starmer ailəsindən birinin koronavirusa yoluxma əlamətləri meydana çıxdıqdan sonra ona özünütəcrid tövsiyə edilib. Ailənin üzvü artıq test edilib. Cənab Keyr testin nəticələrini gözləyərkən və tibb mütəxəssislərindən əlavə məsləhətlər alanadək özünü təcrid edəcək”, – mətbuat katibi bildirib.

 

 

Gununsesi.info