“Brent” nefti bahalaşdı

  • By admin
  • 30 Avqust 2021 09:46

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə 71,72 dollar təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,39% azalaraq 68,47 dollar təşkil edib.