“Britaniya” koronavirusu artıq İspaniyada

  • By admin
  • 26 Dekabr 2020 19:37

Koronavirusun Böyük Britaniyada yayılan yeni ştammı İspaniyada da qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, Madriddə ən azı dörd nəfərdə COVID-19-un yeni mutasiyası aşkar edilib.

İlkin məlumata görə, həmin şəxslər Britaniyadan gələnlər olublar.

Xatırladaq ki, bir sıra dövlətlər koronavirusun yeni ştammı tapılan Britaniya ilə hava əlaqəsini dayandırıblar.

 

Gununsesi.info