Britaniyada minlərlə insan Trampın səfərinə qarşı aksiya keçirib

  • Müəllif: Admin08
  • 17 Sentyabr 2025 23:16

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinə qarşı aksiya keçirilib və aksiyada 5000-ə yaxın insan iştirak edib.

Gununsesi.info xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

“Tədbirdə 5000-ə qədər insanın iştirak etdiyini təxmin edirik”, – polisin “X” hesabında qeyd olunub.

Aksiya zamanı heç bir insident qeydə alınmayıb.

Gununsesi.info