Bu azərbaycanlı alim İranda edam olunacaq - İttiham aktında nələr yazılıb? - FOTO

  • By admin
  • 09 May 2022 09:05

İranda İsrailə casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş İsveç-İran vətəndaşı olan əslən azərbaycanlı alim Əhmədrza Cəlali mayın 21-də edam ediləcək.


İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib.

Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir.

Əhmədrza Cəlali 2016-cı ildə İranda akademik səfərdə olarkən həbs edilib və 2017-ci ildə barəsində ölüm hökmü çıxarılıb.( Yenicag.az)

Gununsesi.info