Bıçaqla təhdid olunan jurnalistin həyat yoldaşı - Blokun işığı əvvəlcədən sıradan çıxarılıb

  • By admin
  • 09 May 2022 00:50

Aytenin həyat yoldaşı Coşqun Eldaroğlu:

“Bütün gecəni, bütün səhəri bizimlə, mənimlə ayrıca söhbətləşən polis əməkdaşları israrla hadisənin miqyasını kiçiltməyə çalışır. Evə ilk ayaq basan tədqiqatçı hətta ona işarə vururdu ki, siz xüsusi təhdid olunacaq qədər vacib adamlar deyilsiz”.

Gununsesi.info xəbər verir ki, bunu dünən gecə bıçaqla təhdid olunan tanınmış jurnalist Aytən Məmmədovanın həyat yoldaşı Coşqun Eldaroğlu deyib.

Xatırladaq ki, “Azadlıq” radiosunun əməkdaşı olan Aytən Məmmədovaya məhkəmə reportajlarını dayandırmaq tələb edilib.
Onu da vurğulayaq ki, konkret ad çəkilməsə də Aytən 10 yaşlı Nərminin işi üzrə həbs edilən İlkin Süleymanovun məhkəmələrindən yazıb.
Həmin yazılarda İlkinin günahsız olması qənaəti yaranırdı.

Tanış jurnalistin həyat yoldaşı deyir ki, hücum xırda detalarına qədər planlaşdırılıb:
” Dəqiq əmin olublar ki, Coşqun və Gülər evdədi, Aytən qonaqlıqdan hələ gəlməyib. Aytən bloka daxil olan kimi həmin şəxs arxasınca gəlib. Belə görünür ki, nə vaxt evə çatacağı ilə bağlı məlumatlı olublar. Çünki Aytən evə nadir hallarda gec saatlarda qayıdır. Blokun işığı əvvəlcədən sıradan çıxarılıb. Liftə Aytənlə birlikdə daxil olan şəxs peşəkar təsir bağışlayıb. Qapı bağlanan kimi onu boğmağa başlayıb, iki dəfə çənəsinin altına bıçaq yeridib. Əliyalın olmayıb, böyük ehtimalla əlcək taxıbmış. Aytəni qızımın həyatına son verməklə hədələyib. Filmlərdə gördüyünüz planlaşdırılmış cinayət hadisəsi. Lap o qədər sadəlövh deyilik”.

Günay
Gununsesi.info