“Bu cür iğtişaşlar “banan respublikaları”nda baş verir” – Corc Buş

  • By admin
  • 07 Yanvar 2021 16:29

ABŞ-ın keçmiş Prezidenti Corc Buş Donald Trampın tərəfdarlarının Konqres binası və ətrafında törətdiyi iğtişaş və basqınların “banan respublikaları”nda baş verənlərlə müqayisə edib.

Gununsesi.org xəbər verir ki, Buş bu barədə rəsmi tvitter səhifəsində yayımlanan açıqlamasında yazıb.

“Laura və mən hökumətə basqınları kədərlənərək izləyirik, bu mənzərə ürək bulandıran və dəhşətlidir. Seçki nəticələrinin bu cür mübahisələndirilməsi bizim kimi demokratik respublikalarda deyil, “banan respublikaları”nda baş verir”,- deyə Buş bildirib.

O qeyd edib ki, Kapitoliyə basqın ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirib. İştirak edənlərin saxta ümidlərə aldandıqlarını bildirən Buş “Ölkəmiz hazırkı siyasi mühitdən daha vacibdir”,- deyə qeyd edib.

Gununsesi.org