Bu gün Azərbaycana qış gəlir

  • By admin
  • 21 Dekabr 2020 13:59
Bu il ölkəmizə qış fəsli bu gün – dekabrın 21-i saat 14:02:18-də daxil olacaq.
Gununsesi.org xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatında deyilir.
Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur.
Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.

Gununsesi.org