Əri dünyasını dəyişmiş qadına hansı əməllər günah sayılır?

  • By admin
  • 21 Dekabr 2020 13:46

Əri vəfat etmiş qadının davranışı şəriət və əxlaq normaları ilə tənzimlənir. Hər şeydən öncə, əri vəfat etmiş qadın iddə müddətinə riayət etməlidir. Yəni əri dünyasını dəyişdikdən sonra qadın 4 ay 10 gün gözləməlidir. Əgər hamilədirsə və hamiləliyi 4 ay 10 gündən artıq çəkərsə, iddəsi doğuşa kimidir, əgər doğuş tez baş verərsə, 4 ay 10 günün başa çatmasını gözləməlidir. Yalnız iddə müddəti bitdikdən sonra qadının başqasına ərə getmək icazəsi var. İddə müddəti ərzində dul qadının bəzəkli paltarlar geyinməsi, gözünə sürmə çəkməsi və digər bəzək sayılan vasitələrdən istifadə etməsi haramdır. Saça rəng qoymaq, ətir səpmək, zinət əşyaları taxmaq da bu qəbildəndir. Gündəlik gigiyena işləri (diş təmizləmək, yuyunmaq, saç daramaq) bura aid deyil və icazəlidir.

Gununsesi.org