Bu gün “Qarabağ”ın oyunu var

  • By Admin2
  • 24 Fevral 2026 10:01

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun kollektivi İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.

Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

Gununsesi.info