“Bu partlayış məni şoka saldı” - Zurabişvili

  • By admin
  • 14 Noyabr 2022 13:54

Gürcüstan prezidenti Salome Zurabişvili İstanbulda baş verən terrora münasibət bildirib və başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı özünün rəsmi “Twitter” səhifəsində qeyd edib:

“İstanbulda baş verən partlayış məni şoka saldı. Dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, prezident Ərdoğana və Türkiyə xalqına dərin hüznlə başsağlığı diləklərimi çatdırıram”.

Gununsesi.info