Bu xanım tiktoker də həbs edildi

  • Müəllif: Orxan
  • 27 Dekabr 2024 16:20

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Tamilla Mehdiyeva həbs edilib.

Gununsesi.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Tiktok əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Gununsesi.info bundan əvvəl tiktoker Zəhra Abbasova barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.