Bursada torpaq sürüşməsi oldu -FOTOLAR

  • By admin
  • 25 Mart 2021 22:56

Türkiyənin Bursa vilayətində torpaq sürüşməsi baş verib.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, çökmə ehtimalına qarşı bir-birinə bitişik 7 bina boşaldılıb, 60 mənzildə yaşayan ailə təxliyyə olunub. Sakinlərə evlərindən qiymətli əşyaları götürməyə icazə verilib.

Binaların 3 mərtəbəsi torpaq altında qalıb.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Gununsesi.info