Cəlilabadda iki tarixi abidə bərpa ediləcək

  • By ilhame
  • 11 Sentyabr 2024 19:00

Cəlilabad rayonunda qarşıdakı illərdə iki abidənin bərpası nəzərdə tutulur.

Bu barədə Gununsesi.info-nun Muğan bürosunun sorğusuna cavab olaraq Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsindən bildirilib.

Bərpası gözlənilən abidələr – Cəlilabadın Göytəpə şəhərində yerləşən kilsə və “Qazan köşkü” tarixi abidəsi və hamamdır (19-cu əsr).

Həmçinin qeyd olunub ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib, burada mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir.

Gununsesi.info