Cənub qonşumuzda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

  • By admin
  • 13 Avqust 2020 15:10

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19 162 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 625 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 336 324 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 292 058 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 971 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.info