Cənubi Sudanda yük təyyarəsi qəzaya uğradı

  • Müəllif: admin
  • 23 Avqust 2020 09:41

Cənubi Sudanın paytaxtı Cubada yük təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsinin göyərtəsində 8 nəfər olub.

Ölən və xəsarət alanlar haqqında tam məlumat verilmir.

Şahidlərin dediyinə görə, qəzada 6 nəfər ölüb, 1 yaralı xəstəxanaya aparılıb.

 

 

Gununsesi.info