Canlı yayımda dava: Sabiq nazir müavini döyüldü – VİDEO

  • By admin
  • 21 İyul 2021 18:56

Moldova daxili işlər nazirinin keçmiş müavini Qennadi Kosovanla prezident Maya Sandunun sabiq müşaviri Sergey Tofilat arasında dava düşüb.

Gununsesi.info  xəbər verir ki, insident “Jurnal TV”nin canlı efirində baş verib.

Belə ki, tərəflərin bir-birilərinə qarşı kəskin ittihamlar səsləndirməsi dava ilə nəticələnib.

Mübahisə zamanı sabiq nazir su ilə dolu qabı Sergey Tofilatın üzərinə atıb. Bundan qəzəblənən keçmiş müşavir Kosovanu döyməyə başlayıb. Eks-nazir müavini aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.

Gununsesi.info