Göygöldə 2 avtomobil toqquşub: XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 21 İyul 2021 19:09

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info  xəbər verir ki, magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində, “Hyundai” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Məlahət Quliyeva xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info