Cavid Qurbanovdan işğaldan azad edilmiş ərazilərdə voleybolun inkişafı üçün qayğı – Yeni layihələr başladılacaq

  • By admin
  • 29 Noyabr 2020 14:07
Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib.
C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının önəmini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda COVİD-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.

Gununsesi.org