Çavuşoğludan Ukrayna açıqlaması: Yaxınlaşma var!

  • By admin
  • 20 Mart 2022 13:51

“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərlik qəbul etməlidir. Savaş haqqında bir şey söyləmək çətin olsa da, görüşlərdən sonra atəşkəsə ümidimizin artdığını deyə bilərəm”, – nazir qeyd edib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, tərəflər indiki mövqelərindən geri çəkilməsələr, atəşkəsə ümid var.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski vurğulayıb ki, danışıqlarda onun prioritetləri  tamamilə aydındır – müharibənin sonu, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, Ukrayna üçün real təminatlar və ölkənin real müdafiəsi.

Gununsesi.info