Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atıldı - RƏQİBLƏR

  • By admin
  • 14 İyun 2022 14:57

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, aşağıda adları qeyd olunan komandalar üz-üzə gələcək.
“Pünik” (Ermənistan) – ÇFR (Rumıniya)

“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)

“Ludoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)

“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)

“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)

“Malmö” (İsveç) – İlkin mərhələnin qalibi

“Balikani” (Kosovo) – “Jalgiris” (Litva)

HIK (Finlandiya) – RFŞ (Latviya)

“Budye Qlimt” (Norveç) – “Klasksvik” (Farer adaları)

TNS (Uels) – “Linfild” (Şimali İrlandiya)

“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)

“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)

“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)

“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)

“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək.

Gununsesi.info