Ceyhun Bayramov Fransaya səfər etdi

  • By admin
  • 09 Noyabr 2021 15:17

Xarici İşlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Gununsesi.info