Çinə sərt xəbərdarlıq: “Pekini vurarıq”

Dünyanın gözü və qulağı Ukrayna müharibəsinə fokuslaşdığı bir zamanda başqa bir regionda müharibə başlama ehtimalı ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün olmur.

Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvandan Çinə xəbərdarlıq edilib.

Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrılıb. Bununla belə, Çin hələ də adadakı iddiasını qoruyur.

Tayvan rəsmiləri paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia edərək, Çinin ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduqlarını bildiriblər.

Tayvan parlamentinin spikeri You Si Kun ölkə mətbuatına bildirib ki, Çin işğal etmək qərarına gəlsə, ölkəsi “Yun Feng” səsdən sürətli qanadlı raketlərdən istifadə etməkdən çəkinməyəcək.

“Yunq Fend” raketləri artıq Pekini vura bilər, Tayvanın isə Pekinə hücum etmək imkanı var”, – Kun deyib.

Xatırladaq ki, bundan əvvəl Çin müdafiə naziri Vey Fengh bəyan edib ki, Tayvanın müstəqilliyini qoruyub saxlamaq cəhdini qətiyyətlə əzəcəyik: “Nəyin bahasına olursa olsun, sona qədər mübarizə aparacağıq”.

Tayvanın müstəqilliyini “çıxmaz nöqtə” kimi xarakterizə edən çinli nazir bildirib ki, heç kim Çin silahlı qüvvələrinin ərazi bütövlüyünü qorumaq əzmini və qabiliyyətini qiymətləndirməməlidir: “Çini parçalamaq üçün Tayvanın müstəqilliyini dəstəkləyənlərin sonu mütləq yaxşı olmayacaq”.

Tayvan spikerinin son açıqlaması Çinin “əzəcəyik” mesajına cavab kimi qiymətləndirilir.

Yeri gəlmişkən ABŞ prezidenti Bayden mümkün Çin işğalında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləyib və bunun öhdəlik olduğunu deyib.

Gununsesi.info