Çin böyük savaşa belə hazırlaşır – ABŞ peyk görüntüləri yaydı/FOTO

  • By admin
  • 09 Noyabr 2021 17:17

Tayvan ətrafında gərginliyin artdığı dönəmdə ABŞ-a məxsus peyk Çin çöllərində qəribə görüntüləri lentə alıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, “Maxar” şirkəti tərəfindən əldə edilən görüntüdə açıq sahədə ABŞ-ın təyyarədaşıyan gəmisi və dəmir yolunda bir destroyer maketlərinin olduğu bəlli olub.

Təxmin edilir ki, maketlər ABŞ-la dənizdə yaşana biləcək mümkün qarşıdurmada istifadə ediləcək.

ABŞ Dəniz İnstitutunun açıqlamasında bu maketlərin Çin ordusunun yeni hədəflərinin kiçik parçası olduğu deyilir.

Gununsesi.info