Çips sevənlər üçün xüsusi şalvar hazırlandı

  • By Günel
  • 12 Aprel 2025 08:33

Çips istehsalçısı “Cheetos” bu məhsulun həvəskarları üçün xüsusi şalvarlar hazırlayıb.

Gununsesi.info xəbər verir ki, yenilik markanın rəsmi saytında elan edilib.

Məlumata görə, bütün şalvarlar artıq satılıb.

Şalvarların parçası “Cheetos” çipsləri ilə eyni rəngdədir. Onun cib hissəsinə yaxın yerdə dəsmal materialına bənzər əlavələr var. Çips həvəskarları barmaqlarını bu əlavələrə sildikdə heç bir iz qalmır.

“Barmaqlarınızı şalvara silin və onu daha cəlbedici edin” – geyimin təsvirində qeyd olunub.

Həmçinin şalvarlarda dörd cib var: İkisi kiçik (telefon və digər şəxsi əşyalar üçün), digər ikisi isə böyükdür (bir paket “Cheetos” çipsinin ölçüsündə). Şalvarlar 100% pambıqdan hazırlanıb.

Gununsesi.info