Cloudflare: Saytlarla bağlı texniki nasazlıq aradan qaldırılıb

  • Müəllif: Ayshan
  • 18 Noyabr 2025 19:20

Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşması ilə bağlı yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Cloudflare-nin məlumatında bildirilib.

Qeyd edilib ki, düzəliş tətbiq olunub: “Hesab edirik ki, insident həll edilib. Bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün səhvləri izləməyi davam etdiririk”.

Gununsesi.info