Co Baydenin inaqurasiya paradı virtual keçiriləcək

  • By admin
  • 10 Yanvar 2021 11:35

Amerikanın yeni prezidenti seçilən Co Baydenin inaqursiya mərasimi virtual olacaq.

Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, buna səbəb koronavirus dövründə toplaşma məhdudiyyətləridir. 

Bayden andiçmə mərasimindən sonra xanımı Cill Bayden, yeni seçilmiş vitse-prezident Kamala Harris və həyat yoldaşı Daq Emhoff la birlikdə Kapitoli binasının arxa hissəsində ənənəvi olaraq hərbi qüvvələrin hazırlığını yoxlayacaq.

Bayden ordu nümayəndələrinin müşayiəti ilə Vaşinqtonun 15-ci küçəsindən Ağ Evə qədər ənənəvi prezident yürüşünü edəcək. Prezidentin İnaqurasiya Komitəsinin dediyi kimi, “Amerika xalqına və dünyaya yeni seçilmiş prezidentin Ağ Evə gedən tarixi yürüşünün böyük izdiham olmadan, eləcə də sosial məsafə saxlayaraq etdiyini” göstərəcək.

Son günlər Baydenin keçid qrupunun əsasən virtual keçiriləcək şənliklərə hazırlaşmağa davam edərkən, fəhlələr inaqurasiya paradına tamaşa üçün Ağ Evin qarşısında inşa edilmiş oturacaqları sökməyə başlayıb. Təşkilatçılar eləcə də, Amerikanın qəhrəmanlarını, müxtəlif ştatlar və bölgələrdəki bütün təbəqələrdən olan amerikalıları, yeni dövrə başlayan Amerikanın müxtəlifliyini və irsini əks etdirən ümummilli virtual parad keçiriləcəyini bildirib

Ölkə icmalarının müxtəlifliyini və dinamikasını nümayiş etdirən parad televiziya ilə yayımlanacaq.