Consonu əvəz edəcək yeni Baş nazir bu gün SEÇİLƏCƏK

  • By admin
  • 05 Sentyabr 2022 14:21

Bu gün Böyük Britaniyanın yeni Baş nazirinin adı açıqlanacaq.

Gununsesi.info xarici KİV-ə istiandən xəbər verir ki, Boris Consonu əvəz edəcək şəxs Britaniya Mühafizəkarlar Partiyasının sədri, eləcə də Britaniya hökumətinin sədri vəzifələrini icra edəcək.

Qeyd edək ki, Consonun yerinə iki əsas namizəd var: Böyük Britaniyanın xarici işlər naziri Liz Trass və Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak.

Gununsesi.info