Daha bir baş həkim həbs edildi - EKSKLÜZİV

  • By admin
  • 22 Oktyabr 2021 15:16

Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzov həbs edilib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən rayondan mənbələr məlumat verib.
Məlumata görə, Eynulla Novruzov Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınırdı . Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmənin  hökmünə əsasən icra başçısı ilə bərabər cəza alananlar  arasında Eynulla Novruzov da var.

Məhkəmə hökmünə görə  ona 8 il 3 ay cəza təyin olunub.

 

Gununsesi.info