Daha bir ölkə Ukraynada PUA zavodu açmağı planlaşdırır

  • By admin
  • 25 Dekabr 2022 21:15

Latviyanın pilotsuz uçuş aparatları istehsal edən “Atlas Dynamics” şirkəti 2023-cü ilin əvvəlində Ukraynada tədqiqat və təkmilləşdirmə zavodu açacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Defence news” nəşri yazıb.

Şirkət daha sonra Ukrayna Müdafiə Nazirliyi ilə əməkdaşlıqda istehsalat zavodu açmağı planlaşdırır.

Müharibənin başlanmasından bəri “Atlas Dynamics” Ukrayna qüvvələrinə ümumilikdə 300 PUA göndərib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Ukraynada “Bayraktar” istehsal etmək üçün zavod açmağı planlaşdırır.

Gununsesi.info