Dahi bəstəkarın heykəlinə ayaqqabı atan gənc həbs olundu 

  • By admin
  • 06 Yanvar 2023 14:29

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülər araşdırılıb.

Keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 2002-ci təvəllüdlü Elvin İsmayılov Elvin və 2006-cı il təvəllüdlü Fərid Cəfərov saxlanılıb.

Gununsesi.info bildirir ki, bunu DİN-nin şöbə rəisi Elşad Hacıyev deyib:”E.İsmayılov alkoqol sərxoşluğu vəziyyətində Milli Konservatoriyanın qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykələ atdığını bildirib.

 

Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib”.

 

Günay