“DeFacto” Azərbaycanda fəaliyyətini tam dayandırıb

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2025 12:53

“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb.

Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.

Bir müddət əvvəl mağazaların fəaliyyətinin dayandırılması barədə xəbərlər yayılıb.

 

Gununsesi.info