Doğum gününü həbsdə qarşılayan jurnalistin səhhəti pisdir

  • By Admin08
  • 04 Sentyabr 2025 21:20

“Toplum TV” işi ilə bağlı cinayət işində təqsirləndirilərək həbs edilən jurnalist Fərid İsmayılov 27 yaşını həbsdə qarşılayıb.

Gununsesi.info-ya danışan jurnalistin yaxınları onun səhhətinin həbsxana həyatı üçün uyğun olmadığını deyib.
Onların sözlərinə görə, Fərid təmiz hava şəraitində qalmalı olduğu halda dörd divar arasında daha da əziyyət çəkir.
Qeyd edək ki, ağciyər xəstəliyindən əziyyət çəkən Fərid İsmayılov bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirib.

Gülxanım Əliyeva
Gununsesi.info