Donald Trampın keçmiş köməkçisi həbs olundu

  • By admin
  • 20 Avqust 2020 19:14

ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi, Ağ Evin baş strateqi hesab edilən Stiv Bennon həbs edilib. 

Gununsesi.info xəbər verir ki, o, üç şəriki ilə birlikdə dələduzluqda ittiham olunur.

Həbsin əsas səbəblərindən biri ABŞ – Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası çərçivəsində şəriklərin yüzlərlə donordan 25 milyon dollardan çox pul toplamasıdır.

Nyu-York ştatının cənub bölgəsinin prokurorluğu məlumat yayaraq xəbəri təsdiqləyib.

 

 

Gununsesi.info