Dövlət Dumasına seçkilər üzrə MDB müşahidə missiyasının sədri seçilib

  • Müəllif: Orxan
  • 28 İyul 2026 14:48

MDB baş katibinin müavini İlhom Nemətov Rusiya Federasiyası Dövlət Dumasına seçkilər üzrə Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına rəhbərlik edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat verib.

Bəyanatda bildirilir ki, MDB müşahidə missiyası ənənəvi olaraq Moskvanın rəsmi dəvəti ilə Rusiya parlamentinin aşağı palatasına seçkilərin monitorinqində iştirak edəcək. Missiyanın tərkibinə MDB üzv ölkələrinin, eləcə də Birlik daxilində fəaliyyət göstərən inteqrasiya birliklərinin nümayəndələri daxil olacaq.

Qeyd olunur ki, Nemətovun namizədliyi MDB üzv dövlətlərinin Birliyin qanunverici və digər orqanlarındakı Daimi Nümayəndələr Şurasının üzvləri tərəfindən 28 iyulda Minskdə keçirilən iclasda seçilib.

Maqsud

Gununsesi.info