Dövlət qurumlarında “TikTok” qadağan edildi

  • By admin
  • 28 Dekabr 2022 13:22

ABŞ Konqresinin Nümayəndələr Palatası qanunvericilərə iş cihazlarında “TikTok” sosial şəbəkə proqramından istifadə etməyi qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb.

Xəbərə görə, bildiriş Nümayəndələr Palatasının İnzibati Məsələlər Komitəsi tərəfindən göndərilib:

“Kibertəhlükəsizlik Aparatı “TikTok” mobil tətbiqinin bir sıra təhlükəsizlik təhdidləri səbəbindən istifadəçilər üçün yüksək risk yaratdığı qənaətinə gəlib”.

Qeyd edək ki, bununla bağlı əvvəlki müddəa Konqresin hər iki palatası tərəfindən qəbul edilən 2023-cü Maliyyə İli Maliyyələşdirmə Qanununa daxil edilib.

Dekabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı “TikTok”un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək “bacarığına malikdir”.

Gununsesi.info