DSMF Himalay Məmişovun İsveçrədə infarkt keçirməsini niyə ört-basdır edir?

  • By admin
  • 04 Mart 2024 09:56

Dövlət Sosial Müdafiə Fondu Gununsesi.info-nun adıçəkilən qurumun İdarə Heyətinin sədri Himalay Məmişovun İsveçrədə infarkt keçirməsi barədə xəbərinə reaksiya verib.

Qeyd edək ki, bu barədə yazdığımız xəbərdə İsveçrəyə rəsmi səfərə gedən Himalay Məmişovun fevralın 27-də infarkt keçirdiyi deyilir.

DSMF-nin yaydığı məlumatda isə Himalay Məmişovun İsveçrədə işgüzar səfərə getdiyi,lakin ölkəyə qayıtdığı deyilir:

BUNA DA BAX:

Azərbaycanlı məmur Avropada infarkt keçirdi

 

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

DSMF sədri İsveçrədə işgüzar səfərdə olub.

Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.

 

Bununla belə Gununsesi.info olaraq, xəbərin dəqiqliyinə bir daha israr edirik.

Qeyd edək ki, Himalay Məmişovun vəzifəsini icra edən şəxsə verdiyi imza nümunəsi daha 10 gün uzadılıb.

Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər bir insanın başına belə bir arzuolunmaz hal gələ bilər.

Ancaq bunun gizlədilməsi isə təəccüb doğurur.

Biz də Himalay müəllimə tezliklə sağalmasına və işinin başına dönməsini arzu edirik.

 

Elmar

Gununsesi.info