DTX, XKX və DSX-də birbaşa kadr zabit heyətinə könüllü daxil olanların nəzərinə

  • By admin
  • 17 Noyabr 2020 20:32

Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Dövlət Sərhəd Xidmətində (DSX) birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün – hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Fərmanda dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.
Gununsesi.info