Dünyada 85 milyon insan koronavirusa yoluxub

  • By admin
  • 04 Yanvar 2021 10:31

Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Universitetin araşdırmasına görə, dünyada virusa yoluxanların sayı 85 059 632 nəfərə çatıb. 1,8 milyondan artıq insan virusun qurbanı olub.

Dünya üzrə ən çox yoluxma ABŞ-da (20,6 milyondan çox), Hindistanda (10,3 milyon), Braziliyada (7,7 milyon),  Rusiyada (3,2 milyon) və Fransada (2,7 milyondan çox) qeydə alınıb.

Gununsesi.org