“Düşmən Goranboyu atəşə tutub” - MN

  • By admin
  • 28 Sentyabr 2020 19:19

“Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – o, əlavə edib.

Gununsesi.info