Dünən Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 980 nəfərdən çox insan isə xəsarət alıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatında deyilir.
Mürəkkəb relyef şəraitinin və infrastrukturun zədələnməsinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilib.
Xatırladaq ki, noyabrın 3-nə keçən gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. İlkin məlumatda təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü, daha 320 nəfərin isə yaralandığı qeyd olunmuşdu.











