Ekrem İmamoğlu bu tarixdə hakim qarşısına çıxacaq

  • By Ayshan
  • 12 Dekabr 2025 21:25

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində şəhər meri vəzifəsindən uzaqlaşdırılmış Ekrem İmamoğlu 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq.

Gununsesi.info bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

Bildirilir ki, sözügedən korrupsiya işi üzrə İmamoğlu ilə yanaşı, 407 nəfər şübhəli qismində hakim qarşısına çıxacaq. Onlardan 107-si barədə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.

Gununsesi.info