Eks-prezidentin həbsi 350 nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 23 İyul 2021 09:25

Cənubi Afrika Respublikasında iğtişaşlar davam edir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident Ceykob Zumanın həbsi azı 350 nəfərin ölümünə səbəb olub.

Etirazçılar eks-prezidentin azad olunmasını tələb edir. Zuma məhkəmə orqanlarına hörmətsizlik ittihamı ilə 15 ay müddətinə azadlıqdan məhrum edilib.