Ekspert yanacağın qiymət artımının istehlak bazarına təsir edəcəyini proqnozlaşdırır

  • By admin
  • 05 Yanvar 2021 18:36

İqtisadçı Rövşən Ağayev dizel yanacağının bahalaşmasının iqtisadiyyata və istehlak bazarına təsirsiz ötüşməyəcəyini proqnozlaşdırır.

“Azərbaycanda dizel yanacağının 70%-ə yaxını nəqliyyat, 30%-ə qədəri aqrar sektorda istifadə edilir. Ən son açıqlanmış enerji balansına görə, aqrar sektor 305 min ton dizel yanacağı istehlak edib. Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 mln. manata yaxın izafi xərc yaradacaq”, – ekspert bildirib

Gununsesi.org