Elə bil akademiya bunun dədəsindən qalıb- RAMİZ MEHDİYEVƏ AĞIR İTTİHAM-VİDEO

  • By admin
  • 05 Dekabr 2021 22:18

“Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb”.

Gununsesi.info xəbər verir ki, bu sözləri özünün facebook statusunda Hüquq və İnsan Haqları İnstitutunun sabiq şöbə müdiri, elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov bildirib.

O, daha sonra statusunda yazıb:

“Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir.

Xislətində, içində yaratmaq, qurmaq adına “damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır.

Akademiyanın prezidentindən çox özünü bazar müdürü, “girdovoy” kimi aparan “Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, “yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.

Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.

Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!

 

Gununsesi.info