“El Nino” başladı -2024-cü ildə tempratur yüksələ bilər

Yer kürəsini 1-2 il isindirən “El Nino” kimi tanınan hava hadisəsi Sakit Okeanda artıq başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ alimləri “El Nino” səbəbiylə gələn il temperatur rekordunun yüksək olacağını gözləyirlər.

Mütəxəssislər 2024-cü ildə “El Nino”-nun təsiri ilə yaranacaq qlobal istiləşmədən narahatdırlar.

Qeyd edək ki, “El Nino”-nun 2024-cü ilin yazına qədər aktiv olacağı və tədricən öz təsirinin itirəcəyi gözlənilir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info