Milli Məclisdə kredit faizlərinin azadılması təklif olundu

  • By admin
  • 09 İyun 2023 13:02

Azərbaycanda bank faizləri 14%-dən başlayır. Bu da çox yüksək həddir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

“Bank faizləri aşağı salınmalıdır. 14%-lə kredit əldə edən sahibkar hansı işlə məşğul olmalıdır ki, həm krediti qaytarsın, həm də qazanc əldə etsin. Eyni zamanda bununla işçi saxlamaq olmaz. Hesab edirəm ki, ölkədə bank faizləri aşağı salınmalıdır”,- deyə o bildirib.

Deputat təklif edib ki, ölkədə valyuta mübadilə mərkəzləri açılmalıdır:

“90-cı illərə qayıtmışıq, insanlar metro üstündə, bağlarda əlbəəl valyuta dəyişdirir. Ölkəyə turistlər gəlir, şənbə-bazar günləri bu insanlar valyutasını harada dəyişməlidir? Dünyanın hər yerində dayanacaqlar formasında valyuta mübadilə mərkəzləri var, bizdə də açılsın”.

Gununsesi.info