Eldar Həsənovun apellyasiya şikayəti təmin olunmadı

  • By admin
  • 20 Avqust 2020 21:17

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə Eldar Həsənovun apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki,  E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Sabiq səfir ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

 

Gununsesi.info