Emin Ağalarov “Crocus Group”dan getdi - FOTO

  • By admin
  • 30 May 2023 10:03

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Gununsesi.info xəbər verir ki, o bu barədə “RİA Novosti”yə danışıb.

İş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir: “Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”.

O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var.

Qeyd edək ki, E. Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.

Gununsesi.info