Suriyalıların ölkəyə dolması, ağır iqtisadi durum, ölkənin Rusiyaya doğru getməsi Ərdoğana səs verənləri maraqlandırmadı -TƏHLİL

  • By admin
  • 30 May 2023 10:01

Türkiyədə seçkidə iştirak edən vətəndaşların yarıdan bir az artıq hissəsi Ərdoğana və onun siyasətinə səs verdi. Nə ölkənin Suriyalılarla dolması və gələcəkdə artması, nə ölkədə getdikcə ağırlaşan iqtisadi vəziyyət, nə də azad cəmiyyətin getdikcə boğulması onları fikrindən döndərə bilmədi. Ölkəni hərbi və iqtisadi baxımdan gücləndirən Qərbədən uzaqlaşaraq batmaqda olan Rusiyaya tərəf getmələri də narahat etmədi.

Düşünürlər ki, ərəb şeyxlərinin, Rusiya turistlərinin və Azərbaycanın neft pulu həmişə bunları xilas edəcək. Hər bir halda seçim onlarındır. Necə deyərlər yaxşısı da onların olacaq, pisi də. Bizim isə istədiyimiz güclü və demokratik Türkiyənin olmasıdır. Elə bil Türkiyə ki, həm gücü dayanıqlı olsun, həm də özü qonşu ölkərə yaxşı nümunə olsun.

Qarşıda isə ölkəni çox çətin iqtisadi dövr gözləyir.
Çox ağır dövr…

Mais
Gununsesi.info